Aktrisa Hande Erçel ötən gün yeni yaşını dostları ilə birgə məkanların birində qeyd edib.
OLAY yazır ki, sənətçi çıxışda müxbirlərlə müsahibəsini yarıda kəsib. Buna səbəb isə ona ünvanlanan estetiklə bağlı sual olub.
“Bu suala nə ehtiyac var idi? Nə qədər gözəl bir gecədir, çox yaxşı söhbət edə bilərdik. Kaş ki, belə lazımsız sualla gecəni bitirməyəydiniz” deyərək əsəbiləşib.