Video
Video

“Sevə-sevə ayrıldım” - Efirdə ağladı

“Sevə-sevə ayrıldım” - Efirdə ağladı

“Bu günlər çox həssasam. Mən səhnə üçün nələri qurban etdim. Amma bu gün hüzur axtarıram ki, rahat oturum, məndən danışmasınlar. Məni tamamilə unutsunlar.  Heyfsləndim! Həyatımı qurban verdim”. 

OLAY yazır ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Söz Baz” proqramında qonaq olarkən deyib.  

Məşhur aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib, sevdiyi insanı səhnəyə dəyişdiyini bildirib:

“İllər əvvəl səhnəni atsaydım, imkanlı bir ailənin xanımı olardım. Qızımı da rahat böyüdərdim. O qədər gözəl şanslar var idi ki... Sevdiyim insanı səhnə üçün qurban verdim. Bilsəydim ki, bu cür şeylər var, heç səhnəni seçməzdim. Azərbaycanlı idi, səhnəni atıb başqa ölkəyə getməli idim. Sevə-sevə ayrıldım. Başqası ilə ailə qurdum. Sevəndə də adamı dəli kimi sevirəm. 

Bu gün isə tək qadın... Gül kimi uşaq böyüdürəm. Heç bir dəstəyim olmayıb.  Hətta atası belə köməklik etmir”.