Xalq artisti Fəxrəddin Manafov efirdə kövrək anlar yaşayıb.
OLAY yazır ki, sənətçi “O üz” verilişinə qonaq olarkən “Təhminə və Zaur” filmindən epizod canlandırılıb.
Təhminəni qarşısında görən Manafov keçmişə qayıtdığını, lakin Təhminəni yox, dünyasını dəyişmiş həyat yoldaşı Vahidə Sadıqovanı xatırladığını bildirib:
“Məni keçmişə apardı, amma heç də o filmə deyil… İndi artıq başqa, yəqin ki, gözəl dünyada yaşayan, 48 il birlikdə olduğumuz həyat yoldaşımı xatırlatdı. Çünki o da televiziyada işləyirdi, aparıcı idi. Evdə otururdum, gözləyirdim ki, axşam oldu, gedib onu qarşılamalıyam. Özüm çəkilişdə, başqa yerdə olanda atam gedib qarşılayardı. Bax indi baxanda, ora getdim”.