Video
Video

“Qayınana olmağa hazır deyiləm”

“Qayınana olmağa hazır deyiləm”

Müğənni Şəbnəm Tovuzlu qızı Günel və kürəkəni barədə danışıb.

OLAY yazır ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişinə qonaq olarkən söz açıb.

Şəbnəm özünü qayınana olmağa hazır hiss etmədiyini bildirib:

“Qızımla o qədər də açıq deyiləm, qapalı uşaqdır. Gəldi məsələ barədə danışdı, fikirlərinə hörmətlə yanaşdım. Artıq bildiyimə görə, 2 ildir bir-birlərini sevirlər. Hər zaman arada pərdə olub qızımla. Mən onu qızım kimi yox, bacı kimi görürəm. Özümü qayınana olmağa hazır görmürəm. Toyu tez etmək istəmirəm. Onlar özləri üçün bu haqda fikirləşə bilərlər, amma mən nə deyəcəm, o olacaq”.