Video
Video

İskəndərin ailəsi Rəşaddan şikayətçi deyil

İskəndərin ailəsi Rəşaddan şikayətçi deyil

Meyxanaçı Rəşad Dağlının öldürdüyü İskəndər Mehtiyevin qardaşları ondan şikayətçi olmayıb. 

OLAY yazır ki, bu barədə mərhumun yaxınları Astar-a məlumat verib. 

R.Dağlının atası Vaqif Əmirov isə “Qardaşlarını çağırıb danışdıq. Dedik, hirslənib, nəsə olub, o, dedi ki, günah qardaşımızda olub, biz bilmirik. Bəlkə aralarındakı problem çoxdan yaranıb, gılib bura çıxıb. Gəlib bizi qucaqladılar, dedilər olub da. Şikayət etsək, nə olacaq ki? Diriləcək? O bədbəxt olub, vəfat edib, heç olmasa bunu qoruyaq. Bir şərt qoydular ki, yas mərasiminin xərclərini ödəyək. Biz də nə lazımdırsa, edirik”, - deyə, vurğulayıb.