TV proqram
TV proqram

“Onların qarşısında səhnədə ölmək istədim”

“Onların qarşısında səhnədə ölmək istədim”

Xalq artisti Möhlət Müslümov səmimi açıqlamalar edib.

OLAY yazır ki, bu haqda sənətçi “Atv səhər”ə müsahibəsində danışıb.

“Xalq artisti Tofiq Bakıxanovla birgə Ərdəbilə münsif dəvət edilmişdim. Onlar mənim segahımı çox sevirlər. Orada biri çıxıb dedi ki, Möhlət müəllim, sən Ərdəbildə segah sözü vermisən, bu gün o borcunu qaytar. Dedim ki, bir tar tapın, çıxım 5-6 dəqiqə ifa edim. Tarı gətirdilər, səhnəyə çıxdım. Necə səhnədə özümdən getmişəmsə, xəbərim olmadan 26 dəqiqə segah çalmışam. Elə qulaq asırlar ki, adama, o səhnədə onların qarşısında ölmək istiyirsən”, - deyə, Müslümov qeyd edib.