Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyevanın son halı sevənlərini kədərləndirib.
OLAY yazır ki, sənətçi “Bizimləsən” verilişinə görüntülü bağlantı ilə qoşulub.
Onu görənlər gözyaşlarını saxlaya bilməyib. Proqramda ekspert qismində iştirak edən Xalq artisti Şamil Süleymanov isə aktrisanın bu halına üzülərək, özünü pis hiss etdiyi üçün efiri tərk edib.