“Xəzər Xəbər”in növbəti buraxılışında aparıcı Nigar Mahmudovanın Cənubi Azərbaycanla bağlı çıxışı sosial şəbəkələrdə gündəm olub.
OLAY yazır ki, efiri tamaşaçıları salmayaraq açan Mahmudova bu sözləri səsləndirib:
“O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl Cənubi Azərbaycan, cənubi azərbaycanlılar ifadələrini işlətmirdik. İranda yaşayan Azərbaycan türkləri deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq”.