TV proqram
TV proqram

“O kişilər necə halallıq verdisə...”

“O kişilər necə halallıq verdisə...”

“Şükür olsun ki, Kamal müəllim (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov - red.) kimi insanı tanıdım. Mənim Aygün Bəylər kimi Xalqın sevimlisinə çevrilməyimdə onun böyük haqqı var. Dedi, sən çox istedadlısan, sənə kömək edəcəm, bir şərtlə ki, özünü inkişaf etdir. Bu istedadı belə saxlamaq olmaz. Mənim də 47 yaşım var. Allah ona can sağlığı versin. Sənətim inkişaf etdi,  qabağa getdi, xalq alqışladı”.

OLAY yazır ki, bu sözləri “Xəzərin sahilində” verilişində Əməkdar artist Aygün Bəylər deyib. Uzun müddət sonra efirə çıxan sənətçi xatirələrindən söz açıb:

“Allah Vasif Adıgözəlova rəhmət etsin, bir dəfə məşhur bir bəstəkarın əsərini ifa etdim. Vasif müəllim dedi ki, bu cür əsəri notsuz çalırsansa, mən rahat ölə bilərəm. O kişilər necə halallıq verdisə... Ağlıma gəlməzdi ki, nə vaxtsa  Kamal müəllimdən əsərlərini istəyəcəm ki, nota köçürüm. Onun bir çox mahnılarını oxumuşam. Biri də “Özün günahkarsan”dır. Bu kişilər bilirlər kimin üçün nə edirlər. Mən danışıram, gözlərim dolur. İnsan sonunda tək qalır. Amma bu boyda sənətlə tək qalmaq olmaz. İnsan o həvəslə sənətə gəlir. Mən uşaqlıqdan filarmoniyada olmuşam. İndi saçım ağarıb. Kim ki, məni həvəslə bu sənətə göndərib, atalıq, qardaşlıq edib, indi orada özləri yoxdur, uşaqları var”.

Qeyd edək ki, Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.