Şairə Nazilə Səfərli onkoloji xəstəlikdən sağalan atası barədə danışaraq, kövrək anlar yaşayıb.
OLAY yazır ki, “Zaurla Günaydın” verilişinə qonaq olan sənətçi valideyninin başında şiş aşkarlanan zaman yaşadığı çətinliklərdən söz açıb.
“Bəlkə də, mən zahirən qəddar görünürəm. Heç kimə bildirmirdim, Milli Onkologiya Mərkəzinin həyətində maşında yatırdım. Oradan da toya gedirdim. Deyirdim, birdən nəsə lazım olar, bahalı dərman, pul çatdırmaq lazım olar...”.