Meyxanaçı Pərviz Bülbülə mərhum ustad Aydın Xırdalanlı barədə danışıb.
OLAY yazır ki, ifaçı “O üz” proqramında qonaq olarkən Xırdalanlı ilə bağlı reallaşmayan arzusunu dilə gətirib:
“İstedadı verən Allahdır. Amma efir, sosial şəbəkə olmasa belə Aydın Xırdalanlı tanınardı. Arzu edirdim ki, Aydınla meydan bölüşüm. Amma Aydın olmaq istəməmişəm. Çünki istəsəm də ola bilməyəcəkdim. Mümkün deyil. Heç kim heç kəs ola bilməyəcək. Hamının qədrini vaxtında bilmək lazımdır”.