TV proqram
TV proqram

Minadan hamiləlik iddialarına cavab

Minadan hamiləlik iddialarına cavab

Müğənni Mina Hüseyn haqqında çıxan “Ana olmağa hazırlaşır” başlıqlı xəbərlər barədə danışıb.

OLAY yazır ki, bu haqda ifaçı “Xəzər axşamı” verilişinə qonaq olarkən söz açıb. Sənətçi yayılan xəbərləri təkzib edərək, sadəcə kökəldiyini bildirib:

“Bir neçə ay evdə oturmuşdum və çoxlu yemişdim, kökəlmişdim. İnsanlar elə başa düşmüşdü ki, mən hamiləyəm. Amma elə bir şey yox idi”. 

Qeyd edək ki, M.Hüseyn iş adamı Sərxan Həsənovla martda gizlicə ailə qurub. Lakin onların evliliyi qısa çəkib. S. Həsənov OLAY-a açıqlama verərək, Minadan boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirmişdi. Daha sonra müğənni müsahibə verərək, həyat yoldaşının onu aldadaraq, özünü varlı şəxs kimi təqdim etdiyini, eyni zamanda ona qadağalar qoyduğunu vurğulamışdı.