Mərhum Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev və nəvələri “ATV səhər” proqramına müsahibə veriblər.
OLAY yazır ki, aktyorun öz adını daşıyan nəvəsi Arif babasının arzusunu reallaşdırdığını deyib:
“Adımı babam qoyub. Onun adını daşıyıram. Bunun üçün fəxr edirəm. Çalışıram ki, onun adına layiq olum. O, istəyirdi ki, dərslərimi yaxşı oxuyum, pilot olum. Mən onun arzusunu yerinə yetirdim. Akademiyaya qəbul olundum, çox təəssüf ki, babam bu günləri görmədi və mən onun arzusunu ölümündən sonra yerinə yetirdim”.