Əməkdar artist Yadigar Muradov evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayacağını açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə “7 canlı” verilişinə qonaq olarkən danışıb.
“Şuşadakı evimi teatrımıza bağışlayıram. Evim sağ-salamat durur. Çox möhtəşəm, böyük bir evim var idi, durur. Onsuz da o ev tabuta yerləşmir, onu özümlə aparası deyiləm. Elan edirəm ki, oranı Şuşa Teatrına bağışlayıram”, - deyə, o qeyd edib.
Xatırladaq ki, Y. Muradov Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışır.