TV proqram
TV proqram

Sobçaka cinayət işi açıla bilər

Sobçaka cinayət işi açıla bilər

Polis jurnalist Kseniya Sobçakın hərəkətlərində Rusiya hökuməti haqqında saxta məlumatların yayılmasını görüb və cinayət işi başlamaq üçün müvafiq materialları İstintaq Komitəsinə göndərib. 

OLAY yazır ki, bu barədə TASS məlumat yayıb. Nəşrin xəbərinə görə, söhbət “festivalların dövlət tərəfindən maliyyələşdirilməsi” ilə bağlı yalan məlumatlardan gedir.

Bundan əvvəl Sobçak böhtan işi üzrə şahid qismində polisə çağırılıb. Səbəb rejissor Vitali Manski Sobçakla müsahibə zamanı verdiyi açıqlamada, o, “Moskva Beynəlxalq Festivalında büdcənin ən azı 85%-nin oğurlandığını” bildirməsi olub.