Əməkdar artist Nahidə Orucova iddialı açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi danışığını bilməyən şəxslərin aktrisalıq etdiklərini dilə gətirərək gileylənib.
N. Orucova bu barədə MTV-də yayımlanan “Səhərin səsi” verilişində danışıb.
“Bəzən teatra elə adamlar gəlir ki, heç danışığını, hərəkətini bilmir. Hərdən seriallara baxırsan, heç aktyorları tanımırsan. Deyirsen, bunlar hardan peyda olub? Bəzən heç pul da istəmirlər, sadəcə reklam olmaq istəyirlər ki, filan serialda çəkiliblər...”, - deyə, aktrisa şikayətlənib.