TV proqram
TV proqram

Gəlinliyi qapalı olacaq

Gəlinliyi qapalı olacaq

Hərbçi nişanlısı ilə nikah bağlayan Əməkdar artist Nigar Şabanova açıqlaması ilə diqqət çəkib. 

OLAY yazır ki, o, “Həmin Zaur” proqramında qonaq olarkən dəyişdirdiyi soyadından danışıb. 

“Bundan sonra Nigar Qaragözovayam. İstəyirəm ki, hər kəs məni belə təqdim etsin”, -deyə xanəndə bildirib. 

Aparıcı Zaur Kamal sənətçiyə bir neçə gəlinlik fotosu göstərərək birini seçməsini istəyib. Xanəndə isə açıq-saçıq libası qəti şəkildə seçməyəcəyini xüsusi vurğulayıb. O, “Mənim gəlinliyim mütləq qapalı olmalıdır”,-deyə qeyd edib.   

Qeyd edək ki, cütlüyün toyu şəhidlərimizin ili çıxdıqdan sonra baş tutacaq.