Ötən sezon aparıcılığa başlayan Əməkdar artist Könül Kərimova Xəzər TV ilə yollarını ayırıb.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin hər həftənin 4 günü yayıma çıxan “Xəzər Axşamı” proqramı tamaşaçı ilə vidalaşıb.
Daha sözügedən veriliş mavi ekranlarda görünməyəcək və kanal axşam efiri üçün yeni layihə axtarışındadır.
K. Kərimovanın başqa televiziyada çalışıb-çalışmayacağı isə bəlli deyil.