Tanınmış müğənni Rüfət Axundov atasından danışıb.
OLAY yazır ki, bu barədə Rüfət “Söz baz” verilişinə qonaq olarkən söz açıb.
“Hərbçi ailəsində doğulmuşam. Anam müəllimə, atam isə hərbçi olub. Kişi kimi formalaşmağımı atama borcluyamm. Gənc yaşında maşın sürməyi öyrədib. Bir amalı olub, heç vaxt eşitməsin ki, oğlu döyülüb. “Özündən balacalara da döyülsən, onu da sənə bağışlamaram. Dalaş, amma özündən böyüklə. Gücün də çatmasa, daşı vur başına" deyirdi. Bir dəfə həyətimizdə özümdən böyük dostuma güləşdə uduzdum. Atam məni evə buraxmadı. Dedi, “Olmaz. Nə vaxt udarsan, onda gələrsən”. Atam yatandan sonra anam evə buraxdı. Səhəri gün güləşdim, dedim ki, udmuşam. Atam elə şeyi götürmürdü. Bizdə uduzmaq söhbəti ola bilməzdi”, - deyə Rüfət qeyd edib.