“İTV səhər”in tanınmış aparıcısı Könül Arifqızı uzun illərdir çalışdığı verilişlə vidalaşıb.
OLAY yazır ki, bu barədə Könül feysbuk hesabında məlumat paylaşıb.
“Ötən həftə 4 il çalışdığım sevimli kollektivimdən ayrıldım. Bu illər mənə canlı efir və liderlik təcrübəsi qazandırdı, erkəndən oyananlar üçün 3 saatlıq pafosdan və məişət səviyyəsindən uzaq efir imkanı daxilində baxımlı və faydalı ola bildik... Buna nail olduğum üçün özümü şanslı hiss edirəm”, - deyə, Könül qeyd edib.
Aparıcının sözügedən paylaşımı ağıllarda belə bir sual işarəsi yaradıb: “Könül İTV-dən gedir?”
OLAY-a açıqlama verən Arifqızı bildirib ki, o, sadəcə verilişlə yollarını ayırıb:
“Mən yenə də öz doğma kanalımdayam. İnşallah, yenilikləri gözləyin”, - deyə Könül açıqlamasında vurğulayıb.
Qeyd edek ki, aparıcı həm də İTV-də “Səhər proqramları” departamentinin direktoru vəzifəsində çalışır.