Uzun müddətdir efirlərdən uzaq gəzən aparıcı Turan İbrahimov yeni mövsümdən tamaşaçı qarşısına çıxacağını eyham edib.
Bu barədə Turan feysbuk hesabında paylaşıb.
“Yeni mövsum üçün TV-lərdən gələn təkliflərə qulaq asıram”, - deyə, İbrahimov paylaşdığı fotoya əlavə edib.
OLAY-a açıqlama verən aparıcı təkliflər gəlsə də, hələ televiziyaya qayıtmaq barədə düşünmədiyini vurğulayıb.
“Televiziyaya qayıtmaq istəmirəm. Çünki artıq televiziya dövrü bitib, baxılmır”, - deyə, T.İbrahimov fikirlərinə əlavə edib.