“Uşaq olanda hara gedirdimsə, özümlə səni aparırdım. Artıq böyümüsən. İndi hara getsən, məni də özünlə apar. Nə olacaq axı? Uşaqlar böyüdükcə niyə belə edir? Bundan sonra məni özünlə aparacağına söz ver”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Könül Kərimova aparıcısı olduğu “Xəzər axşamı” verilişində qonaq etdiyi oğlu Rəşad haqda deyib.
Övladı ilə duet oxuyan sənətçi ondan gileylənib. Rəşad isə anasının bu gileyinə baş sallayaraq, onu verilişinə dəvət edən anasına təşəkkür edib.
Qeyd edək ki, K. Kərimovanın Ləman adlı bir qızı da var.