Prodüser Tarix Əliyevin (Tolik) yeni verilişinin detalları bəlli olub.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında video paylaşıb.
Tolik bildirib ki, yeni layihəsinin adı “Ümidlə gəl” olacaq:
“Əziz dostlar, bilirsiniz ki, son illər əsl peşəm olan prodüserlik ilə yox, televiziya aparıcılığı ilə məşğul oluram. Sizin sayənizdə bir çox layihələrdə uğur və reytinq qazanmışam. Bu dəfə isə başqa bir formatda yeni mövsümdən qarşınıza çıxmaq istəyirəm. Düşünürəm ki, “Ümidlə gəl” adlı sosial yönümlü yeni verilişim sizin də marağınıza səbəb olacaq. Biz də çalışıb vətəndaşlarımızın bəzi problemlərində onlara dəstək olacağıq”.