Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov “O üz” proqramında qona qolub.
OLAY yazır ki, o, atasının vəfatı ilə bağlı maraqlı faktı açıqlayıb.
P. Əşrəfov deyib ki, atasının ölüm tarixi qardaşının yuxusuna girib:
“Atam xəstə olanda qardaşım yuxu görüb. Nənəmlə babam gəlib, atamın dalınca. Qardaşım deyib ki, qoyun sağalsın, 12 gün sonra gələrsiz. Həmin gündə avqustun 26-a düşürdü. Həmin yuxunu anama danışmışdı, mənə yox. Sonradan eşitdim. Amma o, gün çox həyəcanlı, narahat idi. Axşam 11-ə qədər rahat olub ki, artıq bu gün keçdi. Lakin gecə 12-ni keçməmiş, atam vəfat etdi”.
Qeyd edək ki, B. Əşrəfov ötən il koronavirusdan vəfat edib.