Aparıcı Lalə Əlimuxtarova müğənni Natavan Həbibi ilə bağlı qalmaqallı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Nahara az qala” proqramında danışıb.
Lalə deyib ki, sənətçiyə pul verib efirinə dəvət etməz:
“Natavanı o vaxtlar dəvət etmişəm. Nəsə vaxtı olmayıb deyə çəkməmişəm. Hər kəsin minnəti olsun ki, belə tanınmış verilişlərə qonaq gəlirlər. Natavana 100 manat da vermərəm. Heç bir müğənniyə pul verib verilişimə dəvət etmərəm”.