“Anam o zamanlar çox cavan idi. Mənim 6 yaşım var idi. İndi şəkillərə baxanda görürəm ki, atama çox oxşayıram. O İkinci dünya müharibəsində iştirak edib. Bacım Balacaxanım 25 yaşında dünyasını dəyişdi. Dünyaya gəldikdən bəri nəfəs alma problemi var idi. 1 oğlu olub. Bunları danışmaq mənə çox çətindir. Atamla anam 1 ayın içində qocaldılar. Anamın saçı 5-10 günə ağardı. Balasını əlində itirmək onun üçün çox çətin oldu. Amma bilirəm ki, indi onların ruhları şaddır”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Təranə Muradova qonaq olduğu “Onun sirri” verilişində deyib.
Sənətçi atasını itirməsindən, anasının çəkdiyi əziyyətlərdən də bəhs edib:
“21 gündən sonra atamı itirdim. Anamın çəkdiyi əziyyətləri görməmək üçün 40 gün o evdə yaşaya bilmədim. Anama baxıb deyirdim ki, necə də qocalıb. O çox güclü qadın idi. İnsan yaşamalıdır, güclü olmalıdır. Ata getdikdən sonra ana adama böyük dayaq olur. O, öz həyatını bizə bağışladı. Bizi teatrlara aparırdı, şəhəri gəzdirirdi. Atamdan sonra anladıq ki, biz böyük bir güc itirmişik. Anam heç kəsə öz yaşadıqlarını bildirmirdi. Ailədə ən kiçik mən olduğum üçün onların hiss etdiyini mən hiss etmirdim. Atamdan sonra bir bacımı və qardaşımı da itirdim. Bütün bunlara baxmayaraq, bizim çox mehriban ailəmiz olub”.