TV proqram
TV proqram

“Hər toy Avroviziya kimidir”

“Hər toy Avroviziya kimidir”

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə “Avroviziya” ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Xəbər-ətər” proqramında danışıb.

“Deyir, görəsən Cavanşir Məmmədov Firuzə İbadova ilə gedib nə oxuyacaq? Ay düşüncəsiz, mən ora böyük komanda ilə getməliyəm. Orada “Natiq” ritm qrupu olmalıdır. Mən getməyim, Xalq artisti Alim Qasımovu, Manananı göndərin. Avroviziya sözünü başa düşürsənsə, zəng et, de, mənə ki, nə deməkdir? Aparıcı sual verir, cavablandırmalıyam, ya yox? Özümdəki potensialı bilirəm. Otuz ildir dəbdə olan sənətçiyəm. Mən nə qədər “avroviziya”lar görmüşəm. Hər toy Avroviziya kimi bir şeydir”.