Aktrisa Xəyalə Quliyeva “Bir gün sizdə, bir gün bizdə” proqramından ayrılıb.
OLAY yazır ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
X. Quliyeva iş saatının çox olmasını səbəb olaraq göstərib:
“Dostlar, yemək yarışması olan “Bir gün sizdə, bir gün bizdə” layihəsində bu mövsümü başa vurub, öz istəyimlə ayrıldım. Səbəb isə, verilişin günümün 7-8 saatını alması, çəkilişlərin yorğunluğu bitməmiş başqa çəkilişlərə, tədbirlərə getməyim, ən əsası ailəmə vaxt ayıra bilməməyimdir. Yeni mövsümdə verilişi yeni aparıcı ilə izləyəcəksiz! Hamımız üçün xeyirlisi! Sizlərlə işləmək çox xoş idi”.
Qeyd edək ki, bir müddət əvvəl aktrisa Cəmilə Tağızadə sözügedən proqramda ona qarşı haqsızlıq edildiyini, pulunun mənimsənildiyini bildirmişdi.