TV proqram
TV proqram

“Komedixana”dan deputata səhnəciklə cavab

“Komedixana”dan deputata səhnəciklə cavab

Bir neçə gün əvvəl deputat Etibar Əliyev və “Komedixana” proqramı arasında yaşanan gərginlik böyüyüb.

OLAY yazır ki, “Xəzər” TV-nin efirində sözügedən komediya şousunun aktyorları millət vəkilinə cavab verib.

Verilişdə “Milli məclis park deyil ki, otursunlar. Orda oturmaq yox, danışmaq lazımdır” kimi ifadələrə yer verilib.

Qeyd edək ki, Etibar Əliyev bir müddət əvvəl “Təsadüfən “Xəzər” TV-nin “Komedixana” kimi “urvatsız” bir verilişinə baxdım. Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili var mı? Baxanda hiss edirsən ki, bunlar televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər. Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz? Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz?” sözlərini deyərək “Komedixana”nın fəaliyyətini tənqid etmişdi.