ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayev arasında qalmaqal yaranıb.
OLAY yazır ki, buna səbəb Ağayevin bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi barədə açıqlaması olub.
Kanal rəhbəri “Mirşahinin vaxtı” proqramında həmin sözləri ATV, ARB və “Space”ə şamil edib.
ATV kanalının baş direktoru Azər Xəlilov fesybukda status yazaraq qarşı tərəfin iddialarına cavab verib.
“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”, -deyə vurrğulayıb.