Fulya Öztürk Fox TV-də yayımlanan “Fulya ilə umudun olsun” proqramı bağlandıqdan sonra keçmiş iş yerinə geri qayıdıb.
OLAY yazır ki, Fulya yenidən 15 il çalışdığı, daha sonra ayrıldığı “CNN Türk”-dən təklif alıb. Belə ki, o, Özəl Xəbərlər departamentinin müdiri olaraq çalışacaq.
F. Öztürk televiziya proqramlarına öyrəşə bilmədiyini də qeyd edib: “Mən gecə 3-ə qədər xəbər dalınca gedən biri olmuşam. Nə o studiyaya öyrəşə bildim, nə də geyimlərinə”.