ARB TV-də yayımlanan “Söhbət var” proqramında qonaq olan müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi onunla verilişdə iştirak edən Nadir Rüstəmliyə ünvanlanan “Şou-biznesin “çörək verən”i kimdir” sualına cavab verib.
Nura “Xəyyam Nisanovdur. Öz dost-tanışına “çörək verir”, yəni, toy verir. Bura da bilər, burmağına çox adam burur, amma çörək verməyi də var”, - deyə, bildirib.
Müğənni həmçinin Murad Arifin həmkarı ilə bağlı paylaşımına da reaksiya verib.
O, Muradın bu sözlərini İnstaqramda paylaşıb:
“Kiməsə atdığın badalaq, səni yıxıb geriyə çəkər. “Torba tikən”, çörək kəsdiyim bütün “manıs dostlarım”ın... mahnısı... Axmaqlar, olmayan səsinizə yaraşır elə! Siz mənim tayımsız? Hər bir əməl bumeranqdır. Axırda hər şey özünüzə qayıdacaq, mənim isə keyfim yerində, vicdanım isə təmizdir”.
Suri “Mən bilirəm kimdir, torba tikən çoxdur e, amma onun kimisi yoxdur”, - deyə, paylaşıma şərh də əlavə edib.