“Hər dəfə metrodan istifadə edəndə, və ya taksafon quraşdırılmış keçidlərdən hərəkət edəndə tarixi qələbə xəbərinin videosunu görür, qürurla gülümsəyir, həmin həyəcan dolu ana geri dönürəm”.
OLAY yazır ki, bu sözləri tanınmış xəbər aparıcısı Jalə Həsənli sosial şəbəkədə yazıb.
O, səhifəsində foto paylaşaraq 44 günlük Vətən Müharibəsində işğaldan azad olunan torpaqları açıqlayarkən ağlamasını xatırlayıb.
“Qələbəmiz üçün sənə bir ömür boyu minnətdarıq, Azərbaycan əsgəri!
P.S. Bu foto da burada xatirə qalsın deyə çəkdirdim. İlk qələbə xəbərini səsləndirən aparıcı ilə mənim də fotom oldu”, - deyə Jalə bildirib.