TV proqram
TV proqram

“Psixoloji problemli insanı efirdə məsxərəyə çevirirlər”

“Psixoloji problemli insanı efirdə məsxərəyə çevirirlər”

Aparıcı Zaur Baxşəliyev ad çəkmədən bəzi verilişləri tənqid edib.

OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” proqramında danışıb.

Əməkdar artist Əkbər Əlizadə teatr qanunlarından bəhs edərkən səhnədə fiziki qüsurlu əlilliyi olan insanların gülüş obyektinə çevrilməsinin qadağan olunduğunu deyib. Zaur isə bu qaydanın televiziyada da olduğunu, lakin əməl edilmədiyini bildirib:

“Bir də görürsüz, psixoloji problemi olan insanı çıxarıb məsxərə obyektinə çevirirlər, ondan reytinq tuturlar. Bu, olmaz”.