Müğənni Aynur Dadaşova oğlu ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.
Sənətçi deyib ki, 5 il övladı ilə görüşə bilməyib:
“Cavan bacımı itirdim, atam rəhmətə getdi. Düz beş il övladımın səsini eşidib, üzünü görə bilmədim. Amma mən çox səbrli insanam. Hər zaman Allaha sığındım. Kimisə övladı ilə görəndə bir az qəribə olurdum. Bu günə şükür ki, oğlum yanımdadır. Qızımla oğlumun mediada görüntüləri yer almayıb. Mənim övladlarımla gündəmdə qalmağa, reklam olunmağa ehtiyacım yoxdur. Səsim, sənətim var”.