Müğənni Emil Bədəlov anası Səadət və xanımı Xanım ilə birgə efirə çıxıb.
OLAY yazır ki, onlar “Zaurla günaydın” proqramında qonaq olublar.
İfaçının xanımı bildirib ki, hazırda uşaq bağçasında çalışır:
“Həm tərbiyəçiyəm, həm də idarəçi. İcraçı direktoram, baldızımgilin özəl bağçasıdır”.
Emilin anası isə işləməsi üçüb gəlininə dəstək olduğunu söyləyib:
“Mən işləməyə məcbur etmişəm, demişəm, diplomun var. Qalma evdə. Mən də əlimdən gələn qədər kömək edirəm, evdə oluram, uşaqları məktəbə aparıb-gətirirəm”.
Qeyd edək ki, Emil Xalq artisti Firuz Əliyevin qızı ilə evlidir. Onların iki övladı var.