TV proqram
TV proqram

Gürcü şousunda Azərbaycan mahnısı

Gürcü şousunda Azərbaycan mahnısı

Gürcüstanın Birinci kanalında yayımlanan məşhur “Ranina” uşaq istedad şousunda Azərbaycan mahnısı səsləndirilib.  

OLAY yazır ki, 11 yaşlı Oto Bazeraşvili “The Quintessence” vokal qrupu ilə birlikdə Xalq artisti Polad Bülbüloğlunun repertuarına müraciət edib. 

“Aman, aman ayrılıq” mahnısını ifa edən O. Bazeraşvilinin çıxışı layihənin münsiflər heyəti tərəfindən ən yüksək 10 balla qiymətləndirilib.