Avropa Yayım İttifaqı (EBU) Rusiya yayımçılarının üzvlüyünü rəsmən dayandırdığını açıqlayıb.
OLAY yazır ki, İttifaqın İcraiyyə Şurası yekdilliklə Rusiyanın RTR, Birinci Kanal və RDO yayımçılarına “stop” qoyub.
“Şuranın dünənki iclasında EBU-nun üç rusiyalı üzvü (RTR, Birinci Kanal və Radio Dom Ostankino) ilə bağlı qərarını bildirmək istərdik.
İcraiyyə Şurasının aprelin 7-də keçirdiyi son iclasında gördüyü tədbirlərə əsasən, yekdilliklə Avropa Yayım Assosiasiyasının üç rusiyalı üzvünün fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib və Şura bunu müntəzəm olaraq nəzərdən keçirəcək”,- deyə bildirilib.