“Talant Mərkəzi Asiya” layihəsinin iştirakçısı, həyatını öz məntiqi ilə tamamilə dəyişən 24 yaşlı istedad Həzrət Məmmədrzayev tamaşaçı səsverməsinə görə ikinci mövsümün yarımfinalına çıxıb.
OLAY yazır ki, o, layihənin ilk azərbaycanlı finalçısı olub.
Həmyerlimiz öz qeyri-adiliyi ilə Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirak etdiyi bu beynəlxalq talant müsabiqəsində münsifləri və tamaşaçıları heyran edib. O kubik-rubiki hətta ayağı ilə yığmağı bacarıb.
“Talant Mərkəzi Asiya”nın gələn ay keçiriləcək finalında Həzrət 10 finalçı ilə böyük final mərhələsində mübarizə aparacaq.
Burada qalib olanı isə 40000 manatadək pul mükafatı gözləyir.