Rəqqasə Fatimə Fətəliyeva Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canananın barışmasına münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, “Həmin Zuar” verilişində danışıb.
Canananı öz ad günündən qovan Fətəliyeva bu barışığın səmimi olmadığını söyləyib:
“Niyə bilmirəm, bu barışığın səmimi olduğunu düşünmürəm. Amma heş kəsin yerinə danışa bilmərəm. Bu mənim öz fikrimdir”.
Qeyd edək ki, ötən günlərdə M. İsgəndərli uzun müddətdir qalmaqal yaşadığı keçmiş gəlini ilə barışıb. Bu barədə Canana özü məlumat yayıb.
Onu da xatırladaq ki, F. Fətəliyeva öz ad günü məclisinə dəvətsiz gələb Canananı oradan qovmalı olmuşdu.