Xalq artisti Zabit Nəbizadə səhhətindəki problemlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Günün sədası” proqramına danışıb.
Xanəndə deyib ki, hələ gənc yaşında onun sağlamlığında problem yaranıb:
“Ayağımda yara var idi, sonra çirk yığıldı. Elə oldu ki, onkoloji diaqnoz qoydular. Həm o ağrılara, həm də 6 ay çarpayıda dayanmadan yatmağa dözdüm. 4 ay kimyaterapiya qəbul etdim, iki dəfə əməliyyat olundum. Artıq ölümdən qorxmurdum. Əməliyyata getmək istəmədim, dedim, nə olacaq, olar. İki il sorna məlum oldu ki, onurğamda yırtıq var imiş. Bir də 2005-ci ildə İranda konsertə hazırlaşırdım. Orada mənə Hepatit C diaqonuzu qoyuldu. İranda iynə vurdurdum”.