Aktyor Fərda Xudaverdiyev ikinci dəfə “Komedixana” layihəsindən ayrılıb.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi Xəzər TV-dəki fəalliyyətinə də son verib.
O, işindən öz istəyi ilə gedib.
Qeyd edək ki, Fərda bundan öncə Müşviq Şahverdiyevlə aralarından problem yarandığı üçün layihədən ayrılmışdı. Onlar barışdan sonra aktyora “Komedixana”ya geri dönmüşdü.