“Hazırda həzin mahnılar dinləyirəm, depressiyadayam. Yaxın zamanda sevgilimdən ayrılmışam”.
OLAY yazır ki, bu sözləri “Onda görüşək” verilişində müğənni Tofiq Hacıyev söyləyib. O, ayrılıq səbəblərinin olmadığını, birgə qərar verdiklərini xüsusi qeyd edib:
“Beş ildir sevgili idik. Yəqin ki, yavaş-yavaş ayrılıq həddinə gəlmişik. Dava etməmişik, anlaşıb ayrılmışıq. Uzun müddət dost olmuşuq, 8 illik tanışlığımız var”.