TV proqram
TV proqram

“Depressiyaya düşürəm, ruhum təzələnmir”

“Depressiyaya düşürəm, ruhum təzələnmir”

“Xəyanətdən başqa elə şeylər olur ki, onu bağışlaya bilmirsən”.

OLAY yazır ki, bu sözləri “Üzə düz” proqramında qonaq olarkən Xalq artisti Nəzakət Teymurova söyləyib. O, bəzən qəlbən yorulduğunu, hansısa yükü daşıya bilməyəndə özündən küsdüyünü söyləyib:

“Çiyinlərimdəki ağırlığı qaldıra bilməyəndə özümdən inciyirəm. Bəzən depressiyaya düşürəm, aylarla ruhum təzələnmir. Bu həyatda yanlış seçimlər edə bilirik. Elə olur ki, bir səhv addımı təkrar atıram. Yanlışlarımı da itirmək istəmirəm. Qəribə xasiyyətim var”.