Arb TV-nin efirində rekorda imza atılıb.
OLAY yazır ki, “Səni axtarıram” verilişində sağalmaq üçün 12 gün vaxtı olan Nuraya 500 min manat pul yığılıb.
Belə ki, leykoz xəstəliyindən əziyyət çəkən balaca qızın ehtiyacı olan məbləğ artıqlaması ilə toplanıb.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bildirib ki, yığlan məbləğ Nurayla bərabər digər sağlamlığında problem olan uşaqlar üçün də xərclənəcək.