TV proqram
TV proqram

“Anam 7 qarış torpaq yaladı”

“Anam 7 qarış torpaq yaladı”

“Əsgərlikdə cəzam çox olub. Ona görə xidmət müddətim uzadıldı. Ən sonda mən və bir çeçen dostum evə buraxıldıq. Artıq anamgil narahat idi”.

OLAY yazır ki, bu sözləri “7 canlı” proqramında Əməkdar artist Vasif Məhərrəmli deyib.

O bildirib ki, əsgərlik müddəti xeyli uzun olub:

“Valideynlərim hərbi komisarlığa müraciət etmişdi. Xidmətdən gec çıxdım, hətta şəhəri də gəzdim. İki il iki aya evə gəldim. Anam qorxub, niyyət edib ki, o gələndə 7 qarış torpaq yalayacam. Mən taksidən düşdüm, hamı qışqırdı. Telefon olmadığı üçün, xəbər etməmişdim. Anam dizüstə dayanıb 7 qarış torpaq yaladı”.