TV proqram
TV proqram

Şəbnəm efirə zəng edib ağladı - Qalmaqal alovlandı

Şəbnəm efirə zəng edib ağladı - Qalmaqal alovlandı

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında yenidən gərginlik yaşanıb.

OLAY yazır ki, buna səbəb “Rəngarəng”də Vəfanın açıqlaması olub. Şərifova həyat yoldaşının keçmişdə Şəbnəmə mahnı hədiyyə etdiyini iddia edib. Bundan sonra efirə telefonla qoşulan Şəbnəm bunları söyləyib:

“Orada böyük bir səhv etdi, Allahdan qorx. O mahnını mən 300 dollara halal qazancımla almışam. Əsəbimdən ağlayıram. Mən indi ATV-nin həyətinə gəlirəm, çıxanda onunla görüşəcəyəm. Həyat yoldaşım alıb nə deməkdir? Efirdə nəyi sübut etmək istəyirsən, Vəfa? Niyə bu qədər ilanlıq edirsən? Dərdin nədir? İndi həyat yoldaşım, balalarım var. Niyə deyirsən ki, “o mahnını həyat yoldaşım alıb”? O vaxt o mahnını məndən istədin, dedim, halal xoşun olsun. Bu efir söhbəti deyil, ayıbdır”.