Azərbaycan səhnəsinin estetik əməliyyatsız gözəli, “Bəxt üzüyü”nin Seda obrazı ilə yaddaşlara həkk olunan Firəngiz Rəhimbəyovanın xatirəsi “Yüz İlin Sirləri” müəllif layihəsinin yeni il buraxılışında anılıb.
OLAY yazır ki, gözlənilmədən vəfat edən sənətkar haqqında verilişdə onun sənət yolu, ekran xarakteri və şəxsi həyatı işıqlandırılıb. Proqramda ilk dəfə olaraq Californiada yaşayan qızı çıxış edərək, anası ilə bağlı bilinməyən məqamları bölüşüb.
Verilişin sonunda sual açıq qalır: Firəngiz Rəhimbəyova sənətinin zirvəsində vətəni tərk etməklə doğru qərar vermişdimi?
Layihənin müəllifi və aparıcısı – Hüseyn Cavadzadə.
“Yüz İlin Sirləri” Nizami Boutique House-un sponsorluğu ilə 30 dekabrda AzTV-də.