TV proqram
TV proqram

Rüstəm Cəbrayılov “Şərq Bazaar”da şah obrazında

Rüstəm Cəbrayılov “Şərq Bazaar”da şah obrazında

“Best Model of the World” titulunun sahibi, Azərbaycanın ən yaraşıqlı kişilərindən biri hesab olunan Rüstəm Cəbrayılov, @shargbazaar üçün çəkilən yeni reklam kampaniyasında fərqli obrazda çıxış edib.

Model bu dəfə şah obrazında kamera qarşısına keçib. Klassik şərq motivləri və zərifliklə işlənmiş vizual üslubla çəkilən reklamda Rüstəm Cəbrayılovun zəhmli və bir o qədər də zərif duruşu, izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Rüstəm Cəbrayılov həm yerli, həm də beynəlxalq podiumlarda tanınır və tez-tez məşhur brendlərin siması olur.