TV proqram
TV proqram

Tolik “Space”in əməkdaşlarını tənqid etdi!

Tolik “Space”in əməkdaşlarını tənqid etdi!

Aparıcı Tarix Əliyev “Space”in əməkdaşlarını tənqid edib.

OLAY yazır ki, Tolik “Tarixin bir günü” verilişində narazılığını dilə gətirib:

“İşıqlarla bağlı - məni heç kimin verilişindən ayrı salmaq lazım deyil. Mən bu kanalın rəsmi işçisiyəm. Proqramım səhər-səhər bu kanalda bir lokomotivdir. Burada kimsə məndən artıq aparıcı ola bilməz. Mənim mövqeyim budur. Rəhbərliyin verdiyi bütün əmrləri icra edirəm. Heç kimin xüsusi malı deyil ki, işıqları yığışdırıb apardılar. Avadanlığım hanı, bu nədi? Bu, nə mənimsəməkdir? Burada nəsə olanda mənə xəbər edin, bu verilişə sizdən çox can yandıracağam. Bu irad yox, işçi mövqeyidir. Burada istədiyinizi kəsə bilməzsiniz. Hamıya necə hörmət qoyulursa, mənə də elə. Mənimlə prinsip aparırsınız? Hər dəfə mənim verilişimə qarşı belə etmək olmaz. Burada bəziləri manapoliya etmək istəyir. Alınmır, onlara tabe olmayacağam. Burada iki insana tabeyəm: rəhbərliyə. Bura gələndə Tolik idim. Bura gəlib Tolik olmamışam. Burada hamı ağa, rəhbərdir. Mənə bata bilməyəcəksiniz. Kim nə istəyir qoyur, götürür, qərar verir. Yeganə kanaldır ki, burada belədir”.